Ordumuzun 2-5 Aprel 2016-cı il tarixlərində qazandıqları zəfər gününün sevincini şagirdlərlə bölüşmək və onların hərbi-vətənpərvərlik hissini gücləndirmək məqsədilə, Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin işçiləri "Əsgər poçtu" adlı aksiya təşkil edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, bütün Azərbaycan xalqının sevincinə səbəb olan ordumuzun zəfər yürüşünün şagirdlər tərəfindən necə qiymətləndirilməsini, öz fikir və düşüncələrini əsgərlərə çatdırmaqları mqəsədilə, muzey əməkdaşları tərəfindən əsgər poçtu hazırlanıb və Beyləqan rayonunun 1, 2, 4 nömrəli məktəblərinə, həmçinin, Təbiət və Humanitar fənlər təmayüllü liseyinə ziyarət olunub. Şagirdlər yaranan bu şəraitdən istifadə edərək, qələbə qazanan əsgər və zabitlərə ürəklərindən keçən xoş sözləri yazıblar. Məktublarda qəhrəmanlarla fəxr etdikləri, həmçinin, qələbəyə gedən yolda bir çığır açıldığı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB