Rusiyanın Sankt-Peterburq şəhərindəki dünyanın ən zəngin muzeylərindən olan Ermitajın Qış Sarayında numizmitika bölməsinin açılışı olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, muzeyin yeni ekspozisiyasında dünyanın 6 mindən çox kağız pul əskinasları, medalları, qəpikləri nümayiş olunacaq.
Ekspozisiyanın açılış mərasimində çıxış edən Dövlət Ermitaj Muzeyinin direktoru Mixail Piotrovskiy bildirib ki, numizmitika zalının hazırlanmasına hələ II Yekaterinanın hakimiyyəti illərindən başlanıb.
Sərgilənən əskinaslar dünya maliyyə bazarının tarixi inkişafını əks etdirir. Belə ki, sərgidə Asiya, Afrika, Avropa, Amerika qitəsi ölkələrinin ən qədim sikkələrindən başlayaraq, müasir plastik kartlara qədər olan tarixi eksponatlar nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB