İranlı rejissor qələbənin astanasında

İranlı rejissor qələbənin astanasında

Məşhur İran kinorejissoru Əskər Fərhadi "Ticarətçi" filmi ilə 69-cu Kann Film Festivalının əsas proqramına adını yazdırmağa nail olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Qızıl Palma" mükafatını qazanmaq üçün Fərhadi rejissorlar Pedro Almadovar, Pol Verhoven, Havyer Dolanla yarışacaq. Müsabiqənin əsas proqramında 21 film yer alıb.

Qeyd edək ki, Əskər Fərhadi Berlin Film Festivalında mükafata layiq görülən "Ellinin hekayəsi" (2009) filmi ilə məşhurlaşıb. Daha sonra lentə aldığı "Nadirin Simindən boşanması" ekran əsəri ilə "Oskar", "Qızıl Qlobus", "Sezar", "Qızıl Ayı" kimi irihəcmli kino mükafatlarına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə