III Beynəlxalq Müsabiqənin qalibləri açıqlanıb

III Beynəlxalq Müsabiqənin qalibləri açıqlanıb

Tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi, "Humay" milli mükafatının laureatı, professor Azər Dadaşovun 70 illik yubileyi münasibətilə, Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifasına görə, III Beynəlxalq müsabiqə keçirilib.

SİA-nın verdiyi xəbərə görə, müsabiqənin təşkilat komitəsinin sədri-Azərbaycan Bəstəkarlar İttifaqının sədri, respublikanın xalq artisti, professor Firəngiz Əlizadədir. Münsiflər heyətinin sədri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın xalq Artisti, dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylidir.

Müsabiqə üç mərhələdə keçirilib. İştirakçılar iki yaş qrupuna ayrılıb: birinci qrupda 16 yaşınadək, ikinci qrupda 16 yaşdan yuxarı ifaçılar yer alıb. Yarışmada respublikanın bütün musiqi məktəblərinin şagirdləri, habelə Rusiya, Qazaxıstan və Türkiyədən ifaçılar iştirak ediblər.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük salonunda qaliblərin mükafatlandırılması mərasimi və qala-konsert olub.

Müsabiqənin qaliblərinə pul mükafatları, diplom və xüsusi mükafatlar, bütün müsabiqə iştirakçılarına sertifikatlar təqdim olunub.

Musiqi yarışının yekunlarına əsasən, müsabiqə laureatlarının ifasında A.Dadaşovun musiqi pyesləri yazılmış disk buraxılacaq.

Qeyd edək ki, Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifasına görə, ilk iki müsabiqə 2009 və 2013-cü illərdə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə