Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məktəbin nəzəriyyə şöbəsinin müəlliməsi, musiqişünas Nabat Əsgərova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra ölməz sənətkarın bəstəkarlıq fəaliyyətini əks etdirən şəkil və materiallardan ibarət video-çarx nümayiş edilib.
Bəstəkarın sevilən, unudulmaz mahnıları məktəbin müəllim və şagirdləri tərəfindən ifa olunub. Həmçinin, Q.Hüseynlinin bəstələdiyi və bütün dünyada sevilən "Cücələrim" mahnısı haqqında ətraflı məlumat verilib.
Məktəbin I sinif şagirdlərindən ibarət olan xor kollektivi Zemfira Nurullayevanın rəhbərliyi altında bəstəkarın dünyanın 40-dan çox dilinə tərcümə edilən "Cücələrim" mahnısını ifa edərək tədbirə şən əhval-ruhiyyə bəxş edib.
Konsertdə məktəbin xalq çalğı alətlərindən ibarət kvintet Qəmbər Hüseynlinin "Nə vaxta qaldı" , "Ay işığında", "İlk məhəbbət", "Xəndandır bu", "Söz olur", "Mən nə bilim insafsızsan sən yaman", "Lirik rəqs" mahnılarını məharətlə təqdim edib.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB