"Karmen" Ukrayna və milli vokalçılarımızın təqdimatında

Mayın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tamaşada Xoze partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı Andrey Romanenkonu dəvət edib.

Karmen rolunda isə istedadlı gənc vokalçı Çinarə Şirin çıxış edəcək.

Tamaşada həmçinin, teatrın bir sıra solistləri-xalq artisti Əli Əsgərov (Suniqo), əməkdar artistlər İnarə Babayeva (Mikaella), Gülnaz İsmayılova (Fraskita), Anton Ferştandt (Eskamilio) və başqaları çıxış edəcək.

Səhnə əsərini xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...