İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Türkiyənin Amasya şəhərinə qastrol səfərinə yollanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, teatrın direktoru İftixar Piriyevin rəıhbərlik etdiyi kollektiv Amasya Universitetinin Suluova Mədəniyyət Mərkəzində "Xocalı qətliamı" tamaşasını nümayiş etdirib.
İftixar Piriyev Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirib ki, bu tamaşanı ermənilərin törətdikləri cinayətlərin və Xocalı gerçəklərinin dünyaya tanıdılması məqsədilə nümayiş etdirmək qərarına gəldik.
Qeyd edək ki, səhnə əsərini izləyən dövlət nümayəndələri və tamaşaçılar təsirli anlar yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB