İngilis komediyasının ulduzu vəfat etdi FOTOLAR

İngiltərənin məşhur komediya aktrisası Viktoriya Vud 62 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktrisanın ölümünə səbəb xərçəng xəstəliyi olub.

Qeyd edək ki, Vud yaradıcılığa 1980-ci ildə öz ssenarisi əsasında lentə alınan "Əntiq mağaza "Palıd qozası"" çoxseriyalı filmi ilə başlayıb. 2005-ci ildə serialın motivləri əsasında müzikl çəkilib. O, 1998-ci ildə özünün ssenarisi əsasında çəkilən "Dinnerleydis" filmində baş rollardan birini ifa edib.

Viktoriya Vud beş dəfə "BAFTA" film mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə