"Evdə tək 4" filminin rejissoru vəfat etdi

Məşhur ABŞ rejissoru Rod Deniel 74 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çikaqodakı evində ölü tapılan rejissorun vəfatının səbəbi hələki məlum deyil. Denielin ölüm faktı qohumları tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, 1942-ci ildə Neşvill şəhərində anadan olan Rod Deniel yaradıcılığa CBS televiziya kanalında yayımlanan "Radio Sinsinnati" komediya şousu ilə başlayıb. Daha sonra "Hamı Reymondu sevir", "Nyuhart", "Şəxsi xəfiyyə Maqnum" kimi çoxseriyalı filmlərin rejissorluğunu edib.

Lakin rejissorun ən məşhur ekran əsərləri "Bethoven 2" və "Evdə tək 4" filmləri olub.

Rod Deniel 2003-cü ildə kino fəaliyyətini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə