Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya 80 yaşında vəfat edib.
Qeyd edək ki, Fərəh Şəkinskaya 1936-cı il aprelin 28-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb.
60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışıb.
F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib.
1993-2012-ci illərdə Fərəh Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib, Beynəlxalq Uşaq Festivallarında laureat adını qazanıb.
F.Şəkinskaya Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində hər zaman fədakarlıqla çalışıb.
O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə, 1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB