“Mən səninləyəm, Azərbaycan!”

Qusar rayon Heydər Əliyev Mərkəzində "Mən səninləyəm, Azərbaycan!" adlı vətənpərvərlik tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək, vətənpərvərlik hissinin qəhrəmanlığın əsasını qoyan amil olduğunu qeyd edib.

Tədbirdə iştirak edən Səfərbərlik Hərbi Çağırış Dövlət Xidməti Qusar rayon şöbəsinin zabiti Musa Nağıyev öz çıxışında müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin, "Azərbaycançılıq" ideyalarının gənclər arasında təbliğ edilməsinə böyük ehtiyac vurğulayıb.

Tədbirdə həmçinin, Heydər Əliyev Mərkəzinin fond mühafizi Nahid Hacıyev, Qusar şəhər 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi Murad Salman mövzu ətrafında çıxış edib.

Sonra gənclərin ifasında vətənpərvərlik mahnıları və şerlər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...