Mingəçevir şəhərində 87 nömrəli Kəlbəcər rayon tam orta məktəbində "Qələbəyə gedən yol" hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib.
SİA-nın verdiyi xəbərə görə, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi və Kəlbəcər rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdən öncə Kəlbəcər rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, ziyalılar və məktəblilər Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir əvvəlində Azərbaycan Dövlət himni səsləndirilib və Vətən yolunda canından keçən qəhrəmanların ruhları bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Zülfiyyə Hüseynova Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq, işlər görüldüyünü bildirib.
Vurğulanıb ki, son dövrlər cəbhədə baş verən hadisələrlə əlaqədar gənclərin vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyyə sərgiləməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Digər çıxış edənlər "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin vətənpərvərliyin və dövlətçiliyimizin təbliği ilə bağlı mütəmadi olaraq, keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda şagirdlər vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB