Rusiya incəsənəti klassik nümayəndəsini itirdi FOTOLAR

Rusiyanın tanınmış rəssamı, rus avanqard cərəyanının klassik nümayəndəsi Vladimir Nemuxin 91 yaşında Moskvada dünyasını dəyişib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda rəssamın həyat yoldaşı məlumat verib.

Qeyd edək ki, Nemuxin 1980-ci ildən etibarən, Almaniyada məskunlaşıb. 2005-ci ildə vətəninə köçərək, ömrünün sonuna qədər buarada yaşayıb. Rəssamın əsərləri Tretyakov Dövlət Qalereyasında saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...