GTT-dan teatrsevərlərə xoş xəbər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu və nüfuzlu dövlət tədbiri ərəfəsində maraqlı tamaşalar təqdim edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həftəsonu üçün teatrda "Ağ ölüm" (V.Siqarev), "Əlibaba və qırx quldur" (Ərəb Xalq nağılı), "Hasarın o üzü" (Ə.Əmirli), "Yatmış gözəl" (B.Marvin), "Mənim ağ göyərçinim" (T.Vəliyeva) tamaşaları nümayiş etdiriləcək.

25-27 apreldə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində isə R.Rza "Ana qaz", L.Nuren "Mən gəldim qızlar" ("Müharibə"), "III Riçard" (U.Şekspir), "Şeyx Sənan" (H.Cavid) tamaşaları həm daimi tamaşaçılarımıza, həm də şəhərimizin qonaqlarına təqdim ediləcək.

Qeyd edək ki, forum davam edən müddətdə tədbir iştirakçılarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün nümayiş etdiriləcək tamaşalar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq. Belə ki, sözügedən tamaşaların ingilis dilində tərcüməsi səhnədə quraşdırılmış subtitrlər (qaçan sətirlər) vasitəsilə ötürüləcək. Bu da xarici qonaqlarımıza tamaşalarımızı daha rahat şəkildə anlamaq imkanı yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...