Şəkidə “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü ilə bağlı seminar keçirilib FOTOLAR

Şəkidə “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü ilə bağlı seminar keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərinin 2016-cı il "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə əlaqədar, Şəki Mədəniyyət Mərkəzində "Beynəlxalq Abidələr və Tarixi Yerlər" gününə həsr olunmuş seminar keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi katibi Hüseyn İbrahimov, elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev və digər əməkdaşlar ilə yanaşı, Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, Şəki "Yuxarı baş" Dövlət tarix-memarlıq qoruğunun direktoru Təranə Abdullayeva və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları mövzu ilə bağlı çıxış ediblər.

Qeyd edək ki, seminarın sonunda məruzəçilərə Mərkəzin diplom və sertifikatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə