“Siyasətdən kənar” müasir incəsənət sərgisi açılacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 22 aprel saat 17:30-da Muzey Mərkəzində "Siyasətdən kənar" adlı müasir incəsənət sərgisinin açılışı olacaq. Nazirlikdən SİA-ya verilən xəbərə görə, sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizə çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibətilə, Azərbaycan təsviri incəsənətinin təbliği, görkəmli rəssamların yaratdıqları nadir sənət incilərinin nümayişi məqsədi ilə keçirilir.

Sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla, Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, 20-ci əsr və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq, ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər nümayiş olunacaq.

Qeyd edək ki, əsərlərin əksəriyyəti geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim ediləcək. Sərgi 28 aprelə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə