İsveçrənin Veve-sür-Korsye şəhərində görkəmli aktyor, rejissor-ümumilikdə kino ustası Çarlz Spenser Çaplinin həyat və yaradıcılığına həsr olunmuş "Çaplinin dünyası" adlı muzey açılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ömrünün son 25 ilini yaşadığı malikanədə yaradılan ekspozisiyada məşhura məxsus fotolar, kinomateriallar, şəxsi əşyalar nümayiş olunur.
Çarli Çaplinin 127-ci ildönümü münasibətilə, yaradılan muzeyin açılışında aktyorun oğulları- Yudjin və həmçinin, layihənin təşəbbüskarı və direktoru Maykl iştirak edib. Onun sözlərinə görə, muzeyin reallaşdırılmasına 16 il və 60 milyon dollardan çox vəsait sərf olunub.
Qeyd edək ki, layihənin inhisarçılarının hesablamalarına görə, muzeyə il ərzində 300 mindən çox insanın, xüsusilə də, turistlərin ziyarət etməsi gözlənilir.



Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB