Rəcəb Tayyib Ərdoğan Forumda iştirak edəcək

Rəcəb Tayyib Ərdoğan Forumda iştirak edəcək

25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə