Siyəzən rayon Mədəniyyət Mərkəzində əhali arasında hərbi-vətənpərvərlik işinin gücləndirilməsinə dair tədbirlər planına əsasən, "Vətəni sevmək azdır" adlı dəyirmi masa keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirə Qarabağ müharibəsi veteranları, Qarabağ əlilləri, şəhid ailələri, rayonun idarə müəssisələrindən və ümumtəhsil məktəblərindən nümayəndələr, çağırış yaşlı gənclər, rayon Ağsaqqallar şurasının sədri və başqaları dəvət olunub.

Tədbirin keçirilməsində məqsəd gənclərdə hərbi vətənpərvərlik hissinin, Vətən sevgisinin aşılanması olub. Tədbirdə çıxış edən veteran və Qarabağ müharibəsi əlilləri Qarabağda gedən müharibədən, ordumuzun qəhrəman oğullarından və cəbhədəki son vəziyyətdən danışaraq, bu gün də hər hansı bir çağırış olarsa vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...