Xalq yazıçılarına aid sənədlər Kino-Foto Sənədləri Arxivinə verilib FOTOLAR

Xalq yazıçısı Yusif Səmədoğlu və xalq şairi Vaqif Səmədoğluna aid 450 saxlama vahidi foto sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib. Milli Arxiv İdarəsindən SİA-ya verilən xəbərə görə, ədiblərin ailə üzvləri tərəfindən verilən sənədlər onların həyat və yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərini özündə ehtiva edir.

Hazırda sözügedən foto sənədlər Milli Arxiv Fonduna daxil edilmək üçün sənədləşdirilir və hər bir sənəd haqqında qısa müfəssəl məlumat hazırlanır.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...