Azərbaycan Milli Konservatoriyasında xalq artisti, görkəmli pianoçu Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konsertdən öncə sənətkarın yaradıcılığından bəhs edən video-çarx təqdim olunub.
Tədbirin açılışını edən Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi Rafiq Babayevin həyat və yaradıcılığı haqqında danışıb. Bildirib ki, milli musiqini cazla sintez musiqiçi 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin, cizgi filminə musiqi bəstələyib.
R. Babayev 1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış "Qaya" caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilib. Musiqiçi 1978-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 1993-cü ildə isə Azərbaycanın xalq artisti adlarına layiq görülüb.
Konsert Emil Əfrasiyab, Rain Sultanov, Elçin Şirinov, "Qaya" dövlət ansamblı, eləcə də, "Cəngi" ansamblının ifasında caz kompozisiyaları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB