GTT-dan daha bir beynəlxalq layihə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaxın günlərdə daha bir Beynəlxalq layihə reallaşacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bir neçə gündən sonra RF-in əməkdar incəsənət xadimi, Kalmık Milli Dram Teatrının bədii rəhbəri Bakıya səfər edərək, DGTT-da B.Basanqovun "Qohumlar" əsəri əsasında – V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədiyi eyniadlı tamaşaya quruluş verəcək. Müzikl janrında hazırlanacaq tamaşanın bəstəkarı RF-in əməkdar incəsənət xadimi, Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Manjiyev, rəssamı Elşən Sərxanoğludur.

Əsas rollarda teatrının aparıcı aktyorları və Kalmık Milli Dram Teatrının sənətçiləri çıxış edəcəklər.

Tamaşa cari ilin noyabr ayında Kalmık Milli Dram Teatrının 80 illik yubileyi çərçivəsində Azərbaycan və Kalmık teatrları aktyorlarının birgə iştirakı ilə, Elista şəhərinin bir neçə rayonlarında nümayiş olunacaq.

Qeyd edək ki, zəngin musiqi nömrələri, maraqlı rəqs elementləri ilə müşaiyət olunacaq tamaşanın Bakı premyerası bu il iyun ayının 1-ci on günlüyündə nəzərdə tutulub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə