Musiqili Teatrda beş tamaşa nümayiş olunacaq

Musiqili Teatrda beş tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç gün ərzində 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 15-i, 16-sı və 17-də "O olmasın, bu olsun", "Yağış göbələyinin macərası", "Qızıl toy", "Yatmış gözəl və cırtdanlar" və "Qısqanc ürəklər" tamaşaları təqdim ediləcək.

Tamaşaçılar bu səhnə əsərlərində sevimli aktyorlar-əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 16-da "Yağış göbələyinin macərası" əsəri rus dilində, aprelin 17-də "Yatmış gözəl və cırtdanlar" tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə