Azərbaycanda kütləvi “Oxu Günü” keçiriləcək

Azərbaycanda kütləvi “Oxu Günü” keçiriləcək

23 aprel saat 12:00-da Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Zorge" parkında "Oxu Günü-2" aksiyası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilən "Oxu Günü-2" aksiyası ötən il olduğu kimi bu il də "Gəlin birgə oxuyaq!" şüarı ilə təşkil olunacaq.

"Oxu Günü"ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək. Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və "flashmob" təşkil ediləcək. Həmçinin, layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucularla görüşü və imza mərasimi təşkil olunacaq.

Tədbir müddətində fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi planlaşdırılır.

Qeyd edək ki, layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə