Rusiyanın xalq rəssamı Vladimir Serebrovskiy 79 yaşında dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Xalq rəssamı ilə vida mərasimi 15 apreldə mərhumun çalışdığı M.Qorki adına Moskva Akademik İncəsənət Teatrında keçiriləcək.
Qeyd edək ki, Serebrovskinin rəssam kimi teatrda ilk işi 1988-ci ildə səhnələşdirilən "Vişnə bağı" tamaşası olub. O, yaradıcılığı müddətində "Vassa Jeleznova", "Ağ qvardiya", "Alçalmışlar və təhqir olunmuşlar", "Piqmalion", "Meşə" tamaşalarında bədii rəssam kimi rəngarəng obrazlar, səhnə dekorasiyaları yaradıb.




Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB