Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə, Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında "Gənclik və gözəllik şairi Ənvər Əlibəyli -100" başlığı altında tədbir keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə kitabxananın direktoru Rəna Biləndərli açaraq şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və ictimai xadim Ənvər Əlibəylinin həyat və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının üzvü, filologiya elmləri doktoru, şairin qızı Şəfəq Əlibəyli, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar birliyinin üzvü, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə və Bakı Slavyan Universiteteinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Fərrux Məmmədov çıxış edərək, nəğməkar şair, ictimai xadim Ənvər Əlibəylinin həyatı, vətəni bütün çalarları ilə tərənnüm edən şeir-sənət dünyasından-poetikasından söhbət açıblar.
"Mədəniyyət" qəzetinin əməkdaşları "Qəlbdən qələmə...", "Səni tərənnüm edirəm, doğma Azərbaycanım!" məqalələrinin müəllifləri Tahir Əhmədalılar və Savalan Fərəcov Ənvər Əlibəylinin yazıçı-jurnalist kimi fəaliyyətinə nəzər salıblar.
Qeyd olunub ki, Ə.Əlibəyli 40-cı illərin axırında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olub, 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat qəzetinin" redaktoru, 1952-ci ildən ömrünün axırınadək Respublika Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində işləyib. O, həmçinin, SSRİ Ali Sovetinin deputatı olub.
Daha sonra 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin şagirdlərinin ifasında Ə.Əlibəylinin "Qaranquş" və "Azərbaycan" şeirlərindən ibarət kompozisiya təqdim olunub.
Şairin qızı Şəlalə Əlibəyli ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və atasının parlaq və yaradıcı şəxsiyyət, mehriban və kövrək insan olmaqla yanaşı, təvazökar, həm də çox mehriban, qayğıkeş, səmimi, diqqətcil ailə başçısı, həyat yoldaşı və ata olduğunu vurğulayıb.
Qeyd edək ki, sonda tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış olub və sözlərinə yazılmış mahnılarından ibarət disk kitabxanaya hədiyyə edilib.
(1).jpg)

Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB