ATMU-nun mərhum tələbəsinin sərgisi açılıb

Azərbaycan Turizm və Menecment Universitetində ali məktəbin mərhum tələbəsi Ləman Kərimovanın xatirəsinə həsr olunan rəsm sərgisi açılıb.

ATMU-dan SİA-ya verilən xəbərə görə, sərgidə universitetin rektoru, professor Cəfər Cəfərov gənc yaşlarında bir sıra mükafat və diplomlara layiq görülən Ləman Kərimovanın sənət dünyasını seyr etmək və tanış olmaq imkanı yaratdıqlarına görə, rəssamın yaxınlarına və ailə üzvlərinə təşəkkürünü bildirib.

Sərgidə mərhumun müxtəlif janrlı əsərləri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...