Aprelin 20-si Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, silsilə tədbirlər keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk tədbir 20 aprel 2016-cı il tarixində baş tutacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi rəsmilərinin, Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin və Nəsibə Zeynalovanın yaxınlarının, doğmalarının iştirakı ilə çoxəsrlik zəngin mədəniyyət salnaməmizdə silinməz iz qoyan böyük sənətkar, bənzərsiz gülüş ustasının Fəxri xiyabandakı məzarı ziyarət ediləcək.
2016-cı ilin noyabr ayında isə Azərbaycan Dövlət Musiqili Teatrında korifey sənətkarın yubiley gecəsi keçiriləcək.
Qeyd edək ki, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalayıb.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB