Beynəlxalq Muğam Mərkəzində "Səssizliyin sözləri" mim tamaşası nümayiş olunacaq. Mərkəzdən SİA-ya verilən xəbərə görə, aprelin 14-də tamaşa Fransız İnstitutu və Fransa səfirliyinin dəstəyi ilə "Frankofoniya və Fransız dili həftəsi" çərçivəsində təqdim ediləcək.
Səhnə əsəri fransız komediya və mim aktyoru Loran Dökolun ifasında təqdim olunacaq.
Qeyd edək ki, Loran Dökol məşhur mim ustaları Marsel Marso və Etyen Dekrunun ən yaxşı tələbələrindən sayılır. "Səssizliyin sözləri" mim tamaşası Fransa, Koreya Respublikası, Rusiya, Hindistan və bir çox Afrika ölkələrində səhnələşdirilib. 8 müxtəlif parçadan ibarət tamaşanın baş qəhrəmanı özünü həddən artıq sevən və özündən razı olan, buna görə də bir çox gülməli situasiyalara düşərək öz emosionallığını və komikliyini büruzə verən şəxsdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB