Paskal Konte və “Səyyah kvartet”in konserti olacaq

Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte və "Səyyah kvartet"in konserti olacaq. Mərkəzdən SİA-ya verilən xəbərə görə, mayın 5-də keçiriləcək "Latın inciləri" adlı konsertdə məşhur tanqo musiqiləri yeni tərz və aranjimanda təqdim olunacaq.

Qeyd edək ki, indiyə qədər bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv bu konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə