Habil Əliyevin xatirəsinə həsr olunmuş müsabiqəyə start verildi FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi cari ilin aprel-may aylarında Habil Əliyev adına gənc kamança ifaçılarının I respublika müsabiqəsini keçirir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Bakı şəhər Ə. Bədəlbəyli adına 23 nömrəli 11 illik Musiqi Məktəbində müsabiqənin açılışı baş tutub. Müsabiqənin Əsasnaməsinə uyğun olaraq, I tur 11-30 apreldə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Ağcabədi, Goranboy rayonlarında, II tur isə 2-5 mayda Ağdaş şəhərində təşkil olunacaq.

Müsabiqə qaliblərinin yekun konserti may ayında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin inkişaf etdirilməsi və dəstəklənməsi, həmçinin, milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə