Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq şeirlərinin müəllifi Simax Şeydanın "Tülkü tülkü tümbəki" pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verəcək.

Bədii rəhbəri xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assisenti Tacəddin İmanovdur.

Səhnə əsərində Zülfiyyə Alhüseynova, İradə Rəşidova, Aygün Fətullayeva, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Eldar İmanov, Elgün Yəhyayev, Eşqin Quliyev, Yusif Dadaşov, Elnur Əliyev, Elşən Şıxəliyev, Bəhram Həsənov, Anar Səfiyev və Aydın Dəmirov iştirak edəcəklər.

Qeyd edək ki, yeni tamaşa birlik, dostluq, qəhrəmanlıq kimi nəcib xüsusiyyətləri təbliğ edir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...