“Mübariz” povesti yenidən nəşr edilib

Yazıçı-publisist Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan "Mübariz" sənədli povesti yenidən nəşr edilib. SİA-nın verdiyi xəbərə görə, "Təhsil" nəşriyyatı tərəfindən çap olunan povest Mübariz İbrahimovun 22 illik ömür yolundan bəhs edir.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə, onun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi və igid döyüşçünün xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamları ilə başlayır.

Qeyd edək ki, povestin yenidən çap olunmasını zəruri edən başlıca səbəb əsərin orta məktəb dərsliyinə salınması və müəllifə ünvanlanan çoxsaylı oxucu müraciətidir.

Dərsliklərə salınan "Mübariz" povesti sözün əsl mənasında gənclərə vətənpərvərlik hissi aşılaya biləcək bir əsərdir. Kitabı oxuyan hər bir məktəbli Vətəni, torpağı, doğma Azərbaycanı Mübariz kimi sevməyi özünün ən başlıca vəzifəsi hesab edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...