Nazim Səmədov Aleksandr Boqdanoviçi qəbul edib FOTOLAR

Nazim Səmədov Aleksandr Boqdanoviçi qəbul edib FOTOLAR

Bakıda keçirilən "AİTF" Beynəlxalq Turizm Sərgi-Yarmarkasında iştirak məqsədilə Azərbaycan Respublikasında səfərdə olan Monteneqronun Çetinye şəhərinin meri Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov tərəfindən qəbul edilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Monteneqro arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. Nazir müavini Nazim Səmədov Azərbaycan ilə Monteneqro arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

A.Boqdanoviç "AİTF" Beynəlxalq Turizm Sərgi-Yarmarkasının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb və bu tədbirin xarici turizm şirkətlərinin Azərbaycanın turizm imkanları ilə tanış olması üçün böyük fürsət olduğunu bildirib.

Qonaq Çetinye şəhəri barədə məlumat verərək, onun siyasi və tarixi əhəmiyyətini, həmçinin, ekoloji cəhətdən təmiz olduğunu, burada müxtəlif ekoloji layihələrin həyata keçirildiyini qeyd edib.

Nazim Səmədov Bakıda da "Baku White City" layihəsi barədə və ölkəmizdə alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində aparılan işlər barədə qonaqlara məlumat verib.

Qeyd edək ki, görüşün sonunda Aleksandr Boqdanoviç səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə