BMT Baş katibi Pan Gi Mun ölkəmizə səfər edəcək AÇIQLAMA

"BMT Baş katibi Pan Gi Munun Azərbaycana səfəri ölkəmizin xarici siyasətində əlamətdar hadisəyə çevriləcək". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, BMT baş katibi Sivilizasiyalar Alyansının aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirak edəcək: "Biz bu səfəri gözləyirik. BMT baş katibi ölkəmizə xüsusi proqramla səfər edəcək. Həmin proqramın təsdiq olunması üçün Bakıya xüsusi nümayəndə heyəti gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə