Nizami Kino Mərkəzi yeniliyə imza atdı

Nizami Kino Mərkəzi MEGOGO onlayn- kinoteatrı ilə sıx əməkdaşlıq nəticəsində, Azərbaycan dilinə surdotərcümə olunmuş filmləri mütəmadi olaraq, tam təmənnasız danışma və eşitmə qüsurlu insanlara təqdim edəcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq yaxın gönlərdə ABŞ və Çin istehsalı olan "Zamanın ilməsi" bədii filminin nümayişi planlaşdırılıb.

Xatırladaq, ki surdotərcüməli olan filmin Azərbaycanda ilk nümayişi Nizami Kino Mərkəzində baş tutub və mərkəzin MEGOGO onlayn-kinoteatrın əvəzsiz xeyriyyə layihəsinə daim dəstəyə hazır olduğu qeyd edilib. Qarşılıqlı olaraq, MEGOGO –onlayn –kinoteatrın Azərbaycan və Gürcüstandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov Nizami Kino Mərkəzi ilə əməkdaşlığın davamlı olacağını söyləyib.

Qeyd edək ki, ilk leqal videoplatforma olan MEGOGO – onlayn –kinoteatrı "Bax, necə eşidirsən" layihəsi daxilində surdotərcümə studiyası yaradıb, həmçinin, danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları"Bax necə eşidirsən" layihəsi daxilində respublikanın bölgələrində və müxtəlif ölkələrdə də bu aksiyanın keçirilməsini planlaşdırır.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə