Həmid Aslanlı və Fariz Əmirlinin birgə yazdığı "Erməniləri yaxşı tanıyaq" kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə tanınmış ziyalılar, elm və təhsil adamları, şair və yazıçılar iştirak ediblər.
Filologiya üzrə fəlsəfə doktoru Elvin Əliyev kitab haqqında və müəlliflər barədə məlumat verib. Kitabın gənc nəsil üçün dəyərli bir mənbə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıblar.
Qeyd edək ki, sonda müəlliflər əsərin yazılma səbəbi və ideyası haqqında məlumat verərək imzaları ilə yeni kitabı tədbir iştirakçılarına hədiyyə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB