Turizm əlaqələrinin inkişafı məqsədilə tədbir keçirilib

Turizm əlaqələrinin inkişafı məqsədilə tədbir keçirilib

Azərbaycanın turoperator şirkəti "Summer Tour"ın təşkilatçılığı ilə xüsusi turizm tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirin əsas mövzusu Türkiyə otelləri ilə Azərbaycan turizm agentlikləri arasındakı əlaqələrin möhkəmləndirilməsidir.

Tədbirdə Türkiyənin 60-a yaxın otelinin, 250-yə yaxın yerli turizm agentliklərinin, Azərbaycan Turizm Assosasiyasının nümayəndələri iştirak edib.

Tədbirdən öncə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra "Summer tour" şirkətinin direktoru Mahir Əhmədoğlu çıxış edərək yeni turizm mövsümünün açılışı ilə bağlı məlumat verib: " Biz artıq 15 ildir ki, turizm sektorunda irəliləyirik. Bu müddət ərzində hər zaman haqsız rəqabətə qarşı çıxmışıq və bunu həyata keçirdiyimiz layihələrdə də göstərmişik.

Lakin bu il dünyada baş verən iqtisadi çətinliklər, həmçinin, Türkiyədə hökm sürən siyasi problemlər turizm sektoruna ciddi ziyan verdi.

Bu sıxıntılara baxmayaraq, biz Türkiyə ilə Azərbaycan arasında qurulan turizm əlaqələrinin yeni mövsümdə daha uğurlu nəticələr verəcəyinə ümid edirik.

Artıq aprelin 15-dən etibarən, Bakı-İstanbul reysləri üçün yeni paketlər təqdim olunacaq".

Qeyd edək ki, tədbir daha sonra "Workshop" çərçivəsində davam etdilirib və turizm şirkətləri, otellər arasında fikir mübadiləsi aparılıb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə