Mərkəzdə milli filmlər pulsuz nümayiş olunacaq

Mərkəzdə milli filmlər pulsuz nümayiş olunacaq

Nizami Kino Mərkəzində aprelin 6-dan etibarən, mütəmadi olaraq, milli filmlərin pulsuz nümayişinə başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həftə ərzində tamaşaçılara rejissor Elxan Cəfərovun "Dolu", Ceyhun Mirzəyevin "Fəryad", Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmləri nümayiş olunacaq.

Qeyd edək ki, nümayişlərin məqsədi tələbə və gənclərin yerli filmlərə marağının artırılması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə