Bu gün Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbində təmas xəttində baş verən hadisələrlə əlaqədar əsgərlərə dəstək məqsədi ilə vətənpərvərlik ruhunda tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə ermənilərin illərdir Azərbaycana qarşı olan təzyiqləri, işğal olunmuş torpaqlarımız haqqında danışılıb və bu torpaqlarda qanı tökülən şəhidlərimiz yad olunub.
Tədbirin əvvəlində məktəbin direktoru Əziz Qarayusifli öz ürək sözlərini söyləyərək vətəndaşları qan verməyə, internetdə məlumatları bölüşməyə, qələbə inamımızı möhkəmləndirməyə səsləyib.
Məktəbin müəllimləri vətənpərvərlik mövzusunda çıxışlar ediblər.
Qeyd edək ki, bundan başqa tədbirdə son vəziyyət haqqında video görüntülər nümayiş etdirilib və vətənpərvərlik ruhunda əsərlər, mahnılar ifa olunub. Sonda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB