Nazir Rüstəmovun yubiley gecəsi keçiriləcək

Nazir Rüstəmovun yubiley gecəsi keçiriləcək

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Nazir Rüstəmovun anadan olmasının 60, səhnə fəaliyyətinin isə 40 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək.

Teatrdan SİA-ya verilən xəbərə görə, aprelin 12–də gerçəkləşəcək gecədə yubilyarın iştirakı ilə xalq yazıçısı İlyas Əfəndiyevin "Boy çiçəyi" tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.

Səhnə əsərində rolları əməkdar artist Azad Məmmədov, aktyorlar Nazir Rüstəmov, Zəhra Salayeva və Püstəxanım Zeynalova ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə