Vladimir Mayakovskinin qızı dünyasını dəyişdi

Vladimir Mayakovskinin qızı dünyasını dəyişdi

Tanınmış rus şairi Vladimir Mayakovskinin qızı Helen Patrisiya Tompson (Yelena Mayakovskaya) 89 yaşında Nyu-Yorkda dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda V.Mayakovskinin ev muzeyinin sosial şəbəkə səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, Patrisiya Tompson 20-dən çox kitabın müəllifidir. Onun ən məşhur əsəri "Mayakovskiy Monhettenda"dır. O, həmçinin, Nyu-York Universitetinin fəlsəfə üzrə professoru olub və sosialogiya, ailə iqtisadiyyatı sahələri üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə