Xalq artisti Almaniya səhnəsində çıxış edəcək

Xalq artisti Almaniya səhnəsində çıxış edəcək

Azərbaycanın xalq artisti Alim Qasımov Almaniyanın Dortmund şəhərində konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, mayın 25-də keçiriləcək konsert Klangvokal (vokal səs) musiqi festivalı çərçivəsində baş tutacaq.

Dünyanın hər yerindən istedadlı rəssamları və ecazkar musiqiçiləri bir yerə toplayan festivalın dəyişməz şüarı "sərhədsiz"dir. Beynəlxalq musiqi festivalında Argentina, Kuba, Mərakeş və İran musiqiçiləri də çıxış edəcəklər.

Festival çərçivəsində 25-dən çox tamaşanın premyerası nəzərdə tutulub.

Qeyd edək ki, bu il səkkizinci dəfə təşkil olunacaq Klangvokal musiqi festivalı mayın 13-dən iyunun 12-dək Dortmund şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə