Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli musiqişünas alim, ictimai xadim, əməkdar incəsənət xadimi, professor, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş yeganə qadın Elmira Abasovanın xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir 7 aprel saat 17:00-da muzeyin əsas binasında olacaq.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Elmira Abasovanın xatirəsinə həsr olunmuş tədbir keçiriləcəkdir
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli musiqişünas alim, ictimai xadim, əməkdar incəsənət xadimi, professor, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş yeganə qadın Elmira Abasovanın xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir 7 aprel saat 17:00-da muzeyin əsas binasında olacaq.
Qeyd edək ki, Elmira Abasovanın araşdırmalarının əksər hissəsi Üzeyir Hacıbəyovun yaradıсılığının tədqiqinə həsr edilib. O, bəstəkarın əsərlərinin musiqi-dramaturji və üslub xüsusiyyətləri, onun simfonik metodu barədə tədqiqat aparıb. "Üzeyir Hacıbəyovun opera və musiqili komediyaları" (1961), "Ü. Hacıbəyovun "Koroğlu" operası" (1965), "Üzeyir Hacıbəyov" (1975), "Üzeyir Hacıbəyov. Həyat və yaradıcılıq yolu" (1985) monoqrafiya və məqalələrin müəllifi, "Ü.Hacıbəyov" (1978) biblioqrafiyasının məsul redaktorudur.
Musiqişünasın tədqiqatları həmçinin, müasir musiqi sənətinin tarixi inkişaf yolunu geniş işıqlandırıb. Bu baxımdan, onun Azərbaycanın görkəmli bəstəkarları və musiqiçiləri haqqında, onların zəngin yaradıcılıqları ətrafında apardığı əsaslı və ilk növbədə musiqi ədəbiyyatımız üçün gərəkli yazı nümunələri vardır. Bunlardan "Qurban Primov", "Sultan Hacıbəyovun "Karvan" və "Uvertyura"ları", "Rəşid Behbudov", "Rauf Hacıyev", "Tarzən Bəhram Mənsurov", "Səid Rüstəmov" kitablarının və bir sıra məqalələrin, məruzələrin musiqi tariximizdə əhəmiyyəti böyükdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB