Qarabağın məktəb müəllimləri üçün ustad dərsləri keçirilib FOTOLAR

Qarabağın məktəb müəllimləri üçün ustad dərsləri keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Qarabağ bölgəsinin rayon və kənd uşaq musiqi məktəblərinin müəllimləri üçün ustad dərsləri keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, dərsləri fortepiano ixtisası üzrə R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin müəllimi Tamilla Məmmədova, tar ixtisası üzrə isə L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Zamin Rzayev aparıb.

Ustad dərslərində Xocalı rayonu 2 saylı uşaq musiqi məktəbi, Xocavənd rayonu-Tuğ uşaq musiqi məktəbi, Şuşa rayonu-Qaladərəsi, Niyazi adına Şuşa şəhər uşaq incəsənət məktəbi, Laçın rayonu 2 saylı Şərvə kənd uşaq musiqi məktəbi, Qubadlı rayonu 1 saylı Ə. Mehdiyev və F.Hüseynov adına kənd uşaq musiqi məktəbləri, Zəngilan rayonu Mincivan qəsəbəsi, Bartac 1 saylı uşaq musiqi məktəbi, Füzuli rayonu-Qarabulaq kəndi, İnşaatçılar qəsəbəsi, Aybasanlı kənd 2 saylı, 3 saylı, Şəkərcik kənd S.Şuşinki adına uşaq musiqi məktəbi, Cəbrayıl rayonu-Mahmudlu kənd 7 illik uşaq musiqi məktəbi, Ağdam rayonu-Gülablı, Q.Pirimov adına 2 saylı, X.Şuşinski adına, C.Qaryağdıoğlu adına 1 saylı uşaq musiqi məktəbləri, Kəlbəcər rayonu-incəsənət məktəbi və Bülbülcan adına uşaq musiqi məktəbi iştirak edib.

Qeyd edək ki, ustad dərslərində Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin əməkdaşları da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə