“Milli sərvətimizdir muğam"

Mayın 2-də Heydər Əliyev Sarayında "Milli sərvətimizdir muğam" adlı konsert proqramı keçiriləcək.

SİA-nın verdiyi xəbərə görə, istedadlı gənc muğam ifaçılarının iştirakı baş tutacaq konsertdə bənzərsiz muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnıları da səslənəcək.

Konsertin fəxri qonaqları qismində xalq artistləri Teymur Mustafayev, Könül Xasıyeva, Bilal Əliyev, Zabit Nəbizadə və əməkdar incəsənət xadimi Aqil Məlikov çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə