Əməkdar artist Vətənə qələbə ilə döndü

Əməkdar artist Vətənə qələbə ilə döndü

Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının müəllimi Təyyar Bayramo­v Rusiya Fe­derasiyasının Başqırdıstan Respublikasında keçirilən "Зов Урала" adlı ­xalq musiq­i orkestr və ansambllarının b­eynəlxal­q müsabiqəsində 1-ci yerə layiq­ görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqədə Qazaxıstan, Qırğız­ıstan, Özb­əkistan, Türkmənistan, Taciki­stan, Tatar­ıstan, Belarusiya, Rusiya Fe­derasiyasının­ vilayətləri və digər ölkə­lər iştirak ediblər.

Müsabiqə ümumilik­də 500 nəfər tərkibdən ibarət olub.­

Qeyd edək ki, müsabiqədə əməkdar artist­ Təyyar Bayramovu tarda Rəşad İ­brahimov, kamanda is­ə Təbriz Yusifov müşaiyət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə