Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının "Kültür və sanatta kardeşlik və candaşlıq" layihəsinə uyğun olaraq, 04-24 apreldə Türkiyə Cümhuriyyətinə genişmiqyaslı qastrol səfəri həyata keçirəcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı Türkiyənin Iğdır, Kars, Ərzurum, Bursa, İnegöl, Manisa, İzmir, Quşadası, Sakarya, Kocaeli, İstanbul, Amasya, Kastamonu və Samsun şəhərlərində çıxışlar planlaşdırılır. Teatrın qastrol səfərində "Soyqırımı tarixinin dastanı", "Nurlu ömrün dastanı", "Cümhuriyyətin ilk sədası" tamaşalarının nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 24-ü İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyədən gələcək nümayəndə heyəti ilə birlikdə Bakıda qastrola yekun vuracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB