"Xəcalət” tamaşası nümayiş olunub FOTOLAR

"Xəcalət” tamaşası nümayiş olunub FOTOLAR

31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Füzuli rayonunda "N" saylı hərbi hissədə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Müdafiə Nazirliyinin rəsmisi, polkovnik-leytenant Abdulla Qurbani, Füzuli Dövlət Dram Teatrının yaradıcı heyəti və orta məktəbin müəllim və şagird kollektivi də iştirak edib.

Tədbirdə çıxış edən Abdulla Qurbani 1918-ci ildə törədilmiş mart soyqırımı haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda isə Füzuli Dövlət Dram Teatrı vətənpərvərlik mövzusunda olan Hüseynbala Mirələmovun "Xəcalət" tamaşasını tədbir iştirakçılarına təqdim edib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Elçin Məmmədov, Əsmər İbrahimova, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, İsmayıl İbrahimov çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə