Cəlilabadda soyqırımına həsr olunan tədbir keçirilib FOTOLAR

Cəlilabadda soyqırımına həsr olunan tədbir keçirilib FOTOLAR

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından bəhs edən tədbir təşkil olunub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Cəlilabad rayon məktəblilərin və tələbələrin iştirakı ilə təşkil olunmuş tədbirdə tarix boyu erməni vandallarının törətdikləri vəhşilikdən, doğma torpağımıza qarşı ərazi iddialarından söhbət açılıb və bu istiqamətdə gənclər maarifləndirilib. Tarixin bütün dövrlərində olduğu kimi, erməni terrorçularının törətdikləri qırğınlar "Böyük Ermənistan" yaratmaq iddiaları bu dəfə də boşa çıxıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra mart hadisələrinə siyasi qiymət verilib. Heydər Əliyev Mərkəzinin direktoru Gülnar Aslanova Azərbaycan Prezidenti Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart-Azərbaycanlıların soyqırımı günü elan edilməsi haqqında məlumatları şagirdlərə çatdırıb.

Sonda 1918-ci il mart hadisələrindən bəhs edən geniş sənədli film təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə